Kulevi terminalındakı dəmir yolu xəttinin mərkəzləşdirilmiş avtomatik nəzarət sistemi modernləşdirilib

Kulevi terminalındakı dəmir yolu xəttinin mərkəzləşdirilmiş avtomatik nəzarət sistemi modernləşdirilib Bu, terminal ərazisində aparılan yenilənmə işlərini tərkib hissəsidir
İnfrastruktur
8 İyul , 2017 15:08
Kulevi terminalındakı dəmir yolu xəttinin mərkəzləşdirilmiş avtomatik nəzarət sistemi modernləşdirilib

Bakı. 8 iyul. REPORT.AZ/ Qara dənizdə yerləşən Kulevi terminalındakı (Gürcüstan) dəmir yolu xəttinin mərkəzləşdirilmiş avtomatik nəzarət sisteminin modernləşməsi prosesi başa çatıb. 

“Report” xəbər verir ki, bu, terminal ərazisində aparılan yenilənmə işlərini tərkib hissəsidir. 

Məlumata görə, Kulevidəki daxili və xarici dəmir yolu xəttlərinin ümumi uzunluğu 12 km-dir. Bura 27 dəmir yolu ötürücüsü daxildir. Yenilənmiş avtomatik nəzarət sistemi bir mərkəzdən bütün sistemə nəzarət etməyə şərait yaradır və ötürücülərin dəyişdirilməsinə imkan verir.

Son xəbərlər

Orphus sistemi