“Kommunal xidmətlərə qoşulma” indikatoru üzrə Yol Xəritəsinin istiqamətləri açıqlanıb

“Kommunal xidmətlərə qoşulma” indikatoru üzrə Yol Xəritəsinin istiqamətləri açıqlanıb “Kommunal xidmətlərə (Su təchizatı şəbəkəsinə) qoşulma” indikatoru üzrə Yol Xəritəsi əsasən 3 istiqamət üzrə formalaşıb.
İnfrastruktur
29 Noyabr , 2022 16:24
“Kommunal xidmətlərə qoşulma” indikatoru üzrə Yol Xəritəsinin istiqamətləri açıqlanıb
Vüsal Şıxəliyev

“Kommunal xidmətlərə (Su təchizatı şəbəkəsinə) qoşulma” indikatoru üzrə Yol Xəritəsi əsasən 3 istiqamət üzrə formalaşıb.

"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Prezident Administrasiyasının sektor müdiri Vüsal Şıxəliyev bildirib.

"Bunlar Kommunal xidmət qaydalarının keyfiyyəti və dövlət xidmətləri; Kommunal xidmət göstəriciləri və Kommunal xidmətlərin şəffaflığı; Kommunal sahədə qaydalar və xidmətlərin həyata keçirilməsinin səmərəliliyidir", - deyə o qeyd edib.

“Kommunal xidmətlərə (Su təchizatı şəbəkəsinə) qoşulma” indikatoru üzrə Yol Xəritəsi 3 alt indikator üzrə, 8 komponent və 19 altkomponent əsasında qurulub. Nəzərdə tutulan tədbirlər konseptual baxış olaraq qanunvericiliyin təkmilləşdirilməsi və normativ bazanın yaradılması olacaq ki, buna 13 xüsusi tədbir daxil olacaq. İnstitutsional təkmilləşdirmə və inkişafla ilə bağlı 7 tədbirin həyata keçirilməsi nəzərdə tutulub. Rəqəmsal infrastrukturun yaradılması və inteqrasiya üzrə 15 tədbir, təcrübədə bilavasitə tədbirlərin görülməsi ilə bağlı 8 tədbir, təlim və məlumatlandırma xarakterli isə 7 tədbir həyata keçiriləcək. Ümumilikdə Yol Xəritəsi çərçivəsində 50 tədbirin icrası nəzərdə tutulub. İcra müddəti cari ilin sonuna qədər olan ümumi tədbirlərin sayı 18-dir. Bu sahədə intensiv və təxirəsalınmaz tədbirlərin görülməsi zəruridir", - deyə V.Şıxəliyev əlavə edib.

Son xəbərlər

Orphus sistemi