Köçərli Həsənov Şəmkirdə vətəndaşları qəbul edəcək

Köçərli Həsənov Şəmkirdə vətəndaşları qəbul edəcək İyulun 14-də “Azərsu” ASC-nin sədr müavini Köçərli Həsənov Şəmkir şəhərində Şəmkir və Gədəbəy rayonlarından olan vətəndaşları qəbul edəcək.
İnfrastruktur
4 İyul , 2022 14:25
Köçərli Həsənov Şəmkirdə vətəndaşları qəbul edəcək

İyulun 14-də “Azərsu” ASC-nin sədr müavini Köçərli Həsənov Şəmkir şəhərində Şəmkir və Gədəbəy rayonlarından olan vətəndaşları qəbul edəcək.

“Report”un “Azərsu”ya istinadən verdiyi məlumata görə, qəbul saat 10:00-dan başlayaraq Şəmkir şəhərindəki Heydər Əliyev Mərkəzində keçiriləcək.

Qəbulda COVID-19 xəstəliyinə qarşı 3-cü doza (buster doza) ilə peyvənd olunmuş, birinci və ikinci dozadan tələb olunan müddət keçməmiş, peyvəndləməyə əks göstərişi olan, xəstəliyə yoluxaraq immunitet sertifikatına malik vətəndaşlar iştirak edə bilər.

Vətəndaşlar qəbul üçün Şəmkir və Gədəbəy Sukanal Sahələrinə, həmçinin 431-47-67 (daxili: 22-92, 22-93) nömrəsi və [email protected] elektron poçtu vasitəsilə ilə “Azərsu”yun müraciət edə bilərlər.

Son xəbərlər

Orphus sistemi