“KfW” Bankının Azərbaycandakı su layihəsinin auditi aparılacaq

“KfW” Bankının Azərbaycandakı su layihəsinin auditi aparılacaq Artıq audit xidmətinin satınalınması ilə bağlı elan edilən açıq tenderə yekun vurulub
İnfrastruktur
281
11 Avqust , 2020 11:01
“KfW” Bankının Azərbaycandakı su layihəsinin auditi aparılacaq
Azərsu / Report

"Azərsu" ASC Almaniya İnkişaf Bankı (KfW) ilə birgə maliyyələşdirilən “Açıq Kommunal İnfrastruktur Proqramı II” layihəsi çərçivəsində Gəncə Sukanal və Şəki Sukanal TSC-lərinin və “Açıq Kommunal İnfrastruktur Proqramı II” layihəsinin Hökumət payı iştirakı hesabına 2019-cu il üzrə maliyyə hesabatlarına dair audit xidmətinin satınalınması ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.

"Report" vahid dövlət satınalmaları portalına istinadən xəbər verir ki, tenderin qalibi “RSM Azerbaijan” MMC-dir.

Qalib şirkətə 32,5 min manat ödəniləcək.

Qeyd edək ki, layihənin məqsədi su-kanalizasiya sisteminin dayanıqlı istismarına və texniki xidmətin təmin edilməsinə nail olmaqdır. Bu layihələr Gəncə və Şəki şəhərlərində 550 minədək sakinin sosial şəraitinin yaxşılaşdırılmasına töhfə verəcək.

Son xəbərlər

Orphus sistemi