İsrailin keçmiş naziri: "Qarabağı bizim “Kibbutzim” üsulu ilə bərpa edin"

İsrailin keçmiş naziri: "Qarabağı bizim “Kibbutzim” üsulu ilə bərpa edin" İsrailin keçmiş rabitə naziri Ayoub Kara Azərbaycana səfər edib.
İnfrastruktur
207
13 İyul , 2021 09:27
İsrailin keçmiş naziri: Qarabağı bizim “Kibbutzim” üsulu ilə bərpa edin

İsrailin keçmiş rabitə naziri Ayoub Kara Azərbaycana səfər edib.

“Report” bu barədə xarici mətbuata istinadən xəbər verir.

Məlumata görə, keçmiş nazir təklif edib ki, Azərbaycan Qarabağın bərpasında ölkəsinin vaxtilə istifadə etdiyi "Kibbutizm" üsulundan yararlansın. Bu üsul hamının bacardığı qədər öz ölkəsinə kömək etməsii nəzərdə tutur.

A.Kara həmçinin bərpa prosesində İsrailin Azərbaycana kömək edə biləcəyini istisna etməyib: "Ümid edirəm ki, Azərbaycanın bu bölgəni yenidən inşa etməsinə kömək edə bilərik, beləliklə azərbaycanlı qaçqınlar kəndlərinə və şəhərlərinə qayıda bilərlər. Minaların təmizlənməsinə kömək məqsədi ilə İsrail şirkətlərini göndərməliyik. Bölgəni yenidən qurmaq üçün azərbaycanlılara doğru texnologiya təklif edə bilərik", - deyə o qeyd edib.

Səfər çərçivəsində A.Kara tikilməkdə olan İtaliya-İsrail südçülük fabrikini ziyarət edib.

Son xəbərlər

Orphus sistemi