İsrail şirkətləri Azərbaycanın azad edilmiş ərazilərinin bərpası layihələrində iştirakda maraqlıdır

İsrail şirkətləri Azərbaycanın azad edilmiş ərazilərinin bərpası layihələrində iştirakda maraqlıdır Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında Birgə Komissiyanın həmsədri, iqtisadiyyat naziri Mikayıl Cabbarovun başçılıq etdiyi nümayəndə heyəti İsraildə işgüzar səfərdə olub
İnfrastruktur
149
31 İyul , 2021 17:23
İsrail şirkətləri Azərbaycanın azad edilmiş ərazilərinin bərpası layihələrində iştirakda maraqlıdır

Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında Birgə Komissiyanın həmsədri, iqtisadiyyat naziri Mikayıl Cabbarovun başçılıq etdiyi nümayəndə heyəti İsraildə işgüzar səfərdə olub.

“Report”un İqtisadiyyat Nazirliyinə istinadən verdiyi məlumata görə, səfər çərçivəsində Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında Birgə Komissiyanın həmsədrləri - Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və İsrailin turizm naziri Yoel Razvozov arasında görüş keçirilib.

M. Cabbarov həmçinin, xarici işlər naziri Yair Lapid, maliyyə naziri Aviqdor Liberman, inşaat və mənzil siyasəti naziri Zeev Elkin, regional əməkdaşlıq naziri Esavi Frejlə görüşüb.

Görüşlərdə yüksək texnologilyalar, rəqəmsallaşma, ali təhsil, xüsusilə İT və kiber təhlükəsizlik sahəsində əməkdaşlıq, kənd təsərrüfatı, bərpa olunan enerji, qarşılıqlı ticarətin genişləndirilməsi, vergi məsələləri, yeni əməkdaşlıq imkanları, qeyri-neft sektorunda qarşılıqlı təcrübə mübadiləsi, həmçinin azad edilmiş ərazilərimizin bərpası istiqamətində həyata keçiriləcək layihələr barədə müzakirələr aparılıb, İsrail şirkətlərinin layihələrdə iştirakda marağı ifadə olunub.

İsrail rəsmiləri ölkələrində Azərbaycanın Ticarət və Turizm nümayəndəliklərinin açılmasını yüksək qiymətləndirib, tərəfdaşlığın, işgüzar dairələr arasında əlaqələrin genişləndirilməsi, biznes-dialoqun təşviqi üçün əhəmiyyətli platforma olacağını, keçirilən görüşlərin və aparılan səmərəli müzakirələrin qarşılıqlı əməkdaşlığın gücləndirilməsinə və birgə layihələrin icrasına, ticarət, tikinti, kənd təsərrüfatı, bərpa olunan enerji, İKT, kiber təhlükəsizlik, turizm kimi sahələrin inkişafına töhfə verəcəyini vurğulayıblar.

Son xəbərlər

Orphus sistemi