İsmayıl Hüseynov: "Orta dəhliz üzərindən tranzit axını üzrə gömrük prosedurları sadələşdiriləcək"

İsmayıl Hüseynov: "Orta dəhliz üzərindən tranzit axını üzrə gömrük prosedurları sadələşdiriləcək" Orta dəhliz (Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu) üzərindən tranzit axını üzrə gömrük prosedurlarının sadələşdirilməsi gözlənilir
İnfrastruktur
24 Fevral , 2023 13:21
İsmayıl Hüseynov: Orta dəhliz üzərindən tranzit axını üzrə gömrük prosedurları sadələşdiriləcək

Orta dəhliz (Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu) üzərindən tranzit axını üzrə gömrük prosedurlarının sadələşdirilməsi gözlənilir

"Report" xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsi (DGK) sədrinin birinci müavini İsmayıl Hüseynov bu gün keçirilən "Rəqəmsal İdarəetmə Platforması və yeni iqtisadi təşəbbüslərin təqdimatı" mövzusunda konfransda deyib.

İ. Hüseynov qeyd edib ki, son illərdə ölkəmizin tranzit cəlbediciliyi və potensialının artması fonunda da Dövlət Gömrük Komitəsi də tranzit prosedurlarının sadələşdirilməsi istiqamətində mühüm işlər aparır:

"Gələn ay ölkəmizdə Orta dəhliz üzərindən tranzit prosedurlarının sadələşdirilməsi ilə bağlı dəhliz boyu olan ölkələrin gömrük xidməti rəhbərlərinin iştirakı ilə böyük bir konfransın keçirilməsi nəzərdə tutulub. Burda həmin ölkələrin gömrük xidmətləri ilə birlikdə atılacaq addımlar geniş müzakirə olunacaq.

Məqsədimiz Orta dəhliz boyu gömrük prosedurlarını bütün zəncir boyu iştirakçıların gömrük xidmətlərinin vahid yanaşma, konsepsiyada, vahid bir sənəd üzərindən interaktiv bir portal üzərindən dəhliz boyu tranzit axınının davamlılığını sadələşdirilmiş gömrük prosedurları çərçivəsində təmin edilməsidir. Tərəfimizdən bununla bağlı istər qanunvericiliyimizin təkmilləşdirilməsi, istərsə də digər istiqamətlərdə müvafiq adıdmlar atılır".

DGK-nin sədrinin birinci müavini bildirib ki, tranzit prosedurları zamanı ölkəmizdə qanunvericilikdə gömrük yığımları mövcud deyil: "Burada məqsəd dəhlizboyu ölkələrin birgə marağını ortaya qoyaraq vahid bir platformada vahid sənəd üzərindən bu dəhlizin cəlbediciliyinin, bu dəhliz boyu tranzit potensialının artmasına nail olmaqdır".

Xatırladaq ki, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu 2014-cü ilin fevral ayında Azərbaycan, Qazaxıstan və Gürcüstanın müvafiq strukturlarının iştirakı ilə yaradılıb. Sonradan layihəyə Ukrayna, Rumıniya və Polşa qoşulub. Hazırda marşrut Çin-Qazaxıstan sərhədindən başlayır və Qazaxıstan, Xəzər dənizi, Azərbaycan və Gürcüstan ərazisindən keçərək Avropaya qədər uzanır.

Son xəbərlər

Orphus sistemi