İşğaldan azad edilmiş su anbarından magistral suvarma kanalı çəkiləcək

İnfrastruktur
  • 04 oktyabr, 2021
  • 13:06
İşğaldan azad edilmiş su anbarından magistral suvarma kanalı çəkiləcək

“Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-yə məxsus Tikilməkdə Olan Meliorasiya və İrriqasiya Obyektlərinin Birləşmiş Müdiriyyəti Qız qalası su anbarından magistral suvarma kanalının tikintisi ilə bağlı texniki-iqtisadi əsaslandırılmasının (TİƏ) və layihə-smeta sənədlərinin hazırlanması üçün dəyəri 3 milyon ABŞ dollarının manat ekvivalentindən çox olan açıq tender elan edib.

“Report” xəbər verir ki, tenderdə iştirak haqqı 1 500 manatdır.

İddiaçılar ilkin sənədləri oktyabrın 4-ü, saat 12:27-yə qədər, tender təklifi və onun dəyərinin 1 %-i qədər bank təminatını isə noyabrın 11-i, saat 17:00-a qədər qurumun Bakı şəhəri, Moskva prospekti, 69a ünvanında yerləşən inzibati binasına təqdim edə bilərlər. Telefon: (012) 430-06-59; 431-08-64.

Təkliflərə noyabrın 12-si, saat 11:00-da qeyd olunan ünvanda baxılacaq.

Son xəbərlər

Bütün Xəbər Lenti