İqtisadiyyat Nazirliyinin qurumlarında kadr dəyişikliyi olub

İnfrastruktur
  • 16 avqust, 2021
  • 06:59
İqtisadiyyat Nazirliyinin qurumlarında kadr dəyişikliyi olub

İqtisadiyyat Nazirliyinə məxsus “Təmiz Şəhər” ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsinə təyinat olub.

“Report”un əldə etdiyi məlumata görə, bu vəfizəyə uzun illər “İctimai TV”-də çalışmış Orxan Cabbarlı gətirilib.

“Təmiz Şəhər” ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin əvvəlki rəhbəri Elmar Məlikov isə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə mətbuat katibi təyin edilib.

44 filmi