IFC: Azərbaycanda “yaşıl bina”ların inkişafı üzrə yol xəritəsi COP29-a qədər təqdim olunacaq

IFC: Azərbaycanda “yaşıl bina”ların inkişafı üzrə yol xəritəsi COP29-a qədər təqdim olunacaq Azərbaycanda “yaşıl bina”ların inkişafı üzrə yol xəritəsinin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) qədər təqdim edilməsi gözlənilir.
İnfrastruktur
23 Oktyabr , 2024 17:30
IFC: Azərbaycanda “yaşıl bina”ların inkişafı üzrə yol xəritəsi COP29-a qədər təqdim olunacaq

Azərbaycanda “yaşıl bina”ların inkişafı üzrə yol xəritəsinin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) qədər təqdim edilməsi gözlənilir.

"Report" xəbər verir ki, bunu Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) dayanıqlı maliyyə mütəxəssisi Leyla Hüseynli "Dayanıqlı Mikromaliyyə üçün İnnovativ Həllər" konfransında deyib.

Onun sözlərinə görə, yaxın vaxtlarda "yaşıl binalar" (Green building) sektorunda yeni tənzimləyici çərçivənin yaradılması planlaşdırılır: "Bu isə Dövlət Arxitektura və Şəhərsalma Komitəsi ilə imzalanmış Anlaşma Memorandumu çərçivəsində "yaşıl bina"ların inkişaf konsepsiyasına dair yol xəritəsinin hazırlanmasını nəzərdə tutur".

L. Hüseynli həmçinin Azərbaycan Mərkəzi Bankla bir sıra istiqamətlərdə sıx əməkdaşlıq etdiyini qeyd edib.

"İqlim dəyişikliyi uzaq bir gələcək deyil, biz artıq onu hiss edirik. Növbəti 50 ildə baş verən hadisələr 5 dəfə daha şiddətli olacaq. Onların törətdiyi zərərlər isə 77 % artacağı gözlənilir", - IFC rəsmisi bildirib.

O əlavə edib ki, 2023-cü ildə IFC-nin toplam investisiya portfeli 43 milyard ABŞ dolları təşkil edib ki, bunun da 14 milyardı artıq dayanıqlı və "yaşıl maliyyə"yə yönəldilib: "Bunun qarşılığında da 15 milyard ABŞ dolları cəlb etmişik. Bu da birbaşa dayanıqlılığa və iqlimə bağlı layihələrdir".

Son xəbərlər

Orphus sistemi