"
"Report" bu barədə aviaşirkətə istinadən xəbər verir.
Məlumatda deyilir ki, buna səbəb sərnişinlərdən birinin halının pisləşməsi (təzyiqinin qalxması) olub. Buna görə də, hava gəmisinin kapitanı məcburi eniş etməyə qərar verib. Avialayner Bakı vaxtı ilə saat 13:42-də Gəncədə uğurlu eniş edib. Sərnişinə təcili tibbi kömək göstərilib.
Göyərtəsində 102 sərnişin olan təyyarənin bu dəqiqələrdə uçuşu davam etdirəcəyi gözlənilir.