İstanbulun Avropa və Asiya hissəsini birləşdirən dəmir yolu xətti istismara verilib

İstanbulun Avropa və Asiya hissəsini birləşdirən dəmir yolu xətti istismara verilib Türkiyənin İstanbul şəhərinin Avropa və Asiya hissəsini birləşdirən Gəbzə-Halkalı Banlıyö dəmir yolu xəttinin açılışı baş tutub.
İnfrastruktur
12 Mart , 2019 17:50
İstanbulun Avropa və Asiya hissəsini birləşdirən dəmir yolu xətti istismara verilib

Türkiyənin İstanbul şəhərinin Avropa və Asiya hissəsini birləşdirən Gəbzə-Halkalı Banlıyö dəmir yolu xəttinin açılışı baş tutub.

“Report” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu dəmir yolu xətti bir istiqamətdə saatda 75 min, gün ərzində isə 1,7 mln. sərnişin daşıyacaq və şəhər sakinlərinə vaxtlarına 1 saat 10 dəqiqə qənaət etməyə imkan verəcək. 

Yeni dəmir yolu xəttinin istismara verilməsi ilə İstanbulun dəmir yolu xətlərinin uzunluğu 170 km.dən 233 km.ə çatdırılıb. 

Gəbzə-Halkalı Banlıyö dəmir yolu xəttində istismar olunacaq 440 vaqondan 300-ü Türkiyə istehsaldır. Xəttin bir hissəsi Bosfor boğazının altından keçir. Layihənin dəyəri 1,4 mlrd. avrodur.

Son xəbərlər

Orphus sistemi