Bakı. 16 iyul. REPORT.AZ/ İstanbulun Atatürk hava limanı uçuşların qəbulunu və yola salınmasını bərpa edib.
“Report” xəbər verir ki, bu barədə məlumatı “Anadolu” agentliyi yayıb.
Qeyd edək ki, ötən saat ərzində hava limanında atəş səsləri eşidilib.
Ötən gecə Türkiyədə silahlı dövlət çevrilişi cəhdi baş tutub. 6 saata yaxın davam edən qarşıdurmalardan sonra qiyam yatırılıb, 130 nəfərə yaxın hərbçi saxlanılıb.