İstanbuldan 463 aviareys təxirə salınıb

İstanbuldan 463 aviareys təxirə salınıb "Türk Hava Yolları" bugünə və sabaha planlaşdırılan 327 daxili və beynəlxalq reysi yerinə yetirməyəcək
İnfrastruktur
26 Yanvar , 2017 11:34
İstanbuldan 463 aviareys təxirə salınıb

Bakı. 26 yanvar. REPORT.AZ/ Türkiyənin İstanbul şəhərində Atatürk və Sabiha Gökçən hava limanlarında pis hava şəraiti ilə əlaqədar bir neçə istiqamət üzrə reyslər təxirə salınıb.

“Report”un xəbərinə görə, gözlənilən meteoroloji hadisə (güclü qar yağışı) səbəbindən hava limanlarında uçuşlar 20% azaldılıb.

“Türk Hava Yolları” (THY) aviaşirkətinin bugünə və sabaha (yanvarın 27-nə) planlaşdırılan 327 daxili və beynəlxalq reysi yerinə yetirilməyəcək. “Pegasus” 110, “Atlasglobal” 20, “Onurair” hava yolları isə 6 reysini təxirə salmaq məcburiyyətində qalıb. Ümumilikdə, hava limanlarından 463 reys yerinə yetirilməyəcək.

THY sərnişinlərdən səyahətə çıxmazdan əvvəl uçuşların son vəziyyəti ilə bağlı məlumatları şirkətin çağrı mərkəzlərindən öyrənmələrini xahiş edir.

Məlumat üçün bildirək ki, “Azərbaycan Hava Yolları” (AZAL) QSC-dən “Report”a verilən məlumata görə, şirkətin bu gün sözügedən istiqamətdə nəzərdə tutulan reysləri yerinə yetirilib. Sabaha olan reyslərdə isə təxirəsalma gözlənilmir.

Son xəbərlər

Orphus sistemi