Bakı. 17 fevral. REPORT.AZ/ Fevralın 18 və 19-da Türk Hava Yollarının İstanbul-Bakı-İstanbul istiqamətində gerçəkləşməli olan reyslərindən biri ləğv olunacaq.
Heydər Əliyev Beynəlxalq Hava Limanından “Report”a verilən məlumata əsasən, fevralın 18-də 13:20-də Bakıya gələn Türk Hava Yolları 332 nömrəli və fevralın 19-da 14:20-də Bakıdan qayıdan 333 nömrəli reyslər İstanbuldakı güclü qar yağışı səbəbindən ləğv olunub.
Qeyd edək ki, ümumilikdə hər gün bu istiqamətdə 8 reys gerçəkləşdirilir, bu müddət ərzində isə yalnız bu reyslər ləğv olunub.