İsmayıllıda zubrların saxlanılması üçün volyer tikiləcək

İsmayıllıda zubrların saxlanılması üçün volyer tikiləcək Ümumdünya Vəhşi Təbiətin Mühafizəsi Fondu bu məqsədlə tender elan edib
İnfrastruktur
20 Fevral , 2017 15:30
İsmayıllıda zubrların saxlanılması üçün volyer tikiləcək

Bakı. 20 fevral. REPORT.AZ/ Ümumdünya Vəhşi Təbiətin Mühafizəsi Fondunun (WWF) Azərbaycanın Şahdağ Milli Parkının İsmayıllı bölgəsində “Zubrların reintroduksiyası” proqramı çərçivəsində 2 hektar ərazidə heyvanların müvəqqəti saxlanılacağı volyer tikintisi üçün yerli bir qurumla müqavilə bağlamaq niyyətindədir. 

"Report" WWF-ya istinadən xəbər verir ki, bu məqsədlə açıq tender elan edilib.

Tender sənədləri (təşkilatın qeydiyyat sənədləri, göstərilən sahədə təcrübəsi, maliyyə, texniki, professional imkanlarını təsvir edən sənədlər, tədbirləri icra etmək üçün təxmini büdcə təklifi) Bakı şəhəri, Səbail rayonu, 6-cı Böyük Qala döngəsi,11 ünvanına və ya [email protected] elektron ünvana göndərilməlidir.

Zəruri sənədlər 3 mart saat 17:00-dək təqdim edilməlidir.

Son xəbərlər

Orphus sistemi