İran səfiri: "Şimal-Cənub" layihəsi Azərbaycana tranzit imkanlarından tam şəkildə istifadə etmək imkanı verəcək"

İran səfiri: "Şimal-Cənub" layihəsi Azərbaycana tranzit imkanlarından tam şəkildə istifadə etmək imkanı verəcək" "Şimal-Cənub" nəqliyyat layihəsinin həyata keçirilməsi tərəflərə mənfəət qazandıracaq"
İnfrastruktur
102
10 Fevral , 2017 14:58
İran səfiri: Şimal-Cənub layihəsi Azərbaycana tranzit imkanlarından tam şəkildə istifadə etmək imkanı verəcək

Bakı. 10 fevral. REPORT.AZ/ "Şimal-Cənub" nəqliyyat layihəsinin həyata keçirilməsi iştirkçıların hamısına mənfəət qazandıracaq".

"Report" Rusiya KİV-inə istinadən xəbər verir ki, bunu İranın Rusiyadakı səfiri Mehdi Sənai "Xəzər nəqliyyat-logistika və dəniz sənaye kompleksi" layihəsinin təqdimat mərasimində deyib.

Onun sözlərinə görə, bu layihə Dağıstana və Azərbaycana tranzit imkanlarından tam şəkildə istifadə etmək imkanı verəcək: "Layihə Rusiyanı Cənuba doğru bir neçə min kilometr yaxınlaşdıracaq. Bu layihənin yalnız Rusiya və İran yox, həm də Hindistan, eləcə də Aralıq dənizi və Fars körfəzi ölkələri üçün üstünlükləri var".

M.Sənainin sözlərinə görə, hazırda İran tərəfi Rəşt-Astara dəmir yolunun tikintisini tamamlayır: "Həmçinin İran Astarası ilə Azərbaycan Astarasını birləşdirəcək dəmir yolu xəttinin tikintisini başa çatdırmaq üzrəyik. Bu yol təkmilləşəndən sonra marşrut üzrə Rusiyaya dəmir yolu xətti ilə yük daşınması tam rahat olacaq".

Qeyd edək ki, tədbirdə həmçinin Dağıstan rəhbəri Ramazan Abdullatipov, eləcə də Azərbaycan, Rusiya və İranın dəmiryol administrasiyalarının nümayəndələri iştirak ediblər.

Son xəbərlər

Orphus sistemi