İran, Azərbaycan, Gürcüstan, Ukrayna və Polşa nəqliyyat sahəsində əməkdaşlığa dair saziş imzalayacaq

İran, Azərbaycan, Gürcüstan, Ukrayna və Polşa nəqliyyat sahəsində əməkdaşlığa dair saziş imzalayacaq Bakı. 21 fevral. REPORT.AZ/ İranda müvafiq liman infrastrukturunun inkişafından sonra Azərbaycan, Gürcüstan, Ukrayna və Polşa ilə nəqliyyat sahəsində əməkdaşlığı nəzərdə tutan 5 tərəfli saziş imzalanacaq.
İnfrastruktur
21 Fevral , 2018 11:10
İran, Azərbaycan, Gürcüstan, Ukrayna və Polşa nəqliyyat sahəsində əməkdaşlığa dair saziş imzalayacaq

Bakı. 21 fevral. REPORT.AZ/ İranda müvafiq liman infrastrukturunun inkişafından sonra Azərbaycan, Gürcüstan, Ukrayna və Polşa ilə nəqliyyat sahəsində əməkdaşlığı nəzərdə tutan 5 tərəfli saziş imzalanacaq.

“Report”un verdiyi xəbərə görə, bu barədə İranın Ukraynadakı səfiri Məhəmməd Beheşti-Monfaredi Kiyevdəki mətbuat konfrası zamanı məlumat verib.

"Hazırda Ukraynanın infrastruktur naziri Vladimir Omelyanın iranlı həmkarının dəvəti ilə yaxın gələcəkdə Tehrana səfərinə hazırlıq gedir. İranda liman infrastruktunun inkişafından sonra Azərbaycan, Gürcüstan, Ukrayna və Polşa ilə nəqliyyat sahəsində əməkdaşlığı nəzərdə tutan 5 tərəfli saziş imzalanması gözlənilir", - diplomat əlavə edib. 

O bildirib ki, Ukraynanın energetika və kömür sənayesi naziri İqor Nasalikin hazırlıqları isə yekunlaşmaq üzrədir: “İqor Nasalikin səfəri çərçivəsində gələcəkdə İrandan Ukraynaya qaz tədarükü ilə bağlı məsələlər müzakirə olunacaq”.

Onun sözlərinə görə, İran Ukraynanın almaq istədiyi neft və qazın həcmi ilə bağlı qarşı tərəfdən konkret təkliflər gözləyir: “Neft və qaz tədarükü ilə bağlı Ukraynanın rəsmi orqanlarından sifariş gözləyirik. Biz istənilən həcmdə mal tədarükünə hazırıq”.

Həmçinin, baş prokuror Yuliya Luçenkonun İrana səfəri gündəmdədir. Baş prokurorun səfəri qarşıdakı bir neçə ayda reallaşması nəzərdə tutulub.

O, 2018-ci ildə İran parlamentının sədri Əli Laricaninin Ukraynaya səfər edəcəyini də qeyd edib. Həmçinin, bu il yazın sonunda Ukrayna-İran iqtisadi və ticarət əməkdaşlığı üzrə birgə komissiyasının növbəti iclası gözlənilir.

Son xəbərlər

Orphus sistemi