​İqtisadiyyat və sənaye naziri Şəkidə vətəndaşlarla görüşəcək

​İqtisadiyyat və sənaye naziri Şəkidə vətəndaşlarla görüşəcək Qəbul iyunun 5-də keçiriləcək
İnfrastruktur
218
1 İyun , 2015 17:08
​İqtisadiyyat və sənaye naziri Şəkidə vətəndaşlarla görüşəcək

Bakı. 1 iyun. REPORT.AZ/ İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev iyunun 5-də Şəkidə vətəndaşları qəbul edəcək. Görüşdə Oğuz, Şəki və Qax rayonlarının sakinləri iştirak edə bilər.

“Report” nazirliyə istinadən bildirir ki, qəbula gəlmək istəyən vətəndaşlar qeydiyyata alınmaları üçün [email protected] elektron poçt ünvanı və 493-14-56, 493-88-67 (21-05), (055) 257-60-90 nömrəli telefonlara və 195-2 Telefon Məlumat Mərkəzinə, həmçinin Şəki-Zaqatala regional bölməsinə müraciət edə bilərlər.

Bununla yanaşı, vətəndaşlar nazirliyin internet və "facebook" səhifələrində xüsusi yaradılmış “İqtisadiyyat və sənaye nazirinin şəhər və rayonlarda keçirilən qəbulu üçün müraciət” bölmələri vasitəsilə də qəbula yazıla bilərlər.

Son xəbərlər

Orphus sistemi