“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi Nazirlər Kabinetinin balansından çıxarılıb

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi Nazirlər Kabinetinin balansından çıxarılıb İdarənin illik maliyyə hesabatlarının təsdiqi Nazirlər Kabinetinin səlahiyyətlərinə daxil idi
İnfrastruktur
127
8 Dekabr , 2017 01:48
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi Nazirlər Kabinetinin balansından çıxarılıb

Bakı. 8 dekabr. REPORT.AZ/ “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi Nazirlər Kabinetinin balansından çıxarılıb.

“Report” xəbər verir ki, bu barədə Baş nazir Artur Rasi-zadə tərəfindən imzalanan qərarda bildirilir.

Bunadək qurumun İdarə Heyətinin iki üzvünün Azərbaycan Prezidenti ilə razılaşdırmaqla vəzifəyə təyin və vəzifədən azad edilməsi, strukturunun və illik maliyyə hesabatlarının təsdiqi, təsərrüfat cəmiyyətlərinin yaradılmasına və ya onlarda iştirak etməyə, idarə, filial və nümayəndəliklərinin yaradılmasına razılıq verilməsi, xalis aktivlərinin dəyərinin 25 faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin) və aidiyyəti şəxslə dəyəri aktivlərinin 5 faizini və daha çox hissəsini təşkil edən əqdin bağlanmasına razılıq verilməsi Nazirlər Kabinetinin səlahiyyətlərinə daxil idi.

Son xəbərlər

Orphus sistemi