Bakı metrosunda qatarların hərəkəti bərpa olunub

Bakı metrosunda qatarların hərəkəti bərpa olunub "28 May" stansiyasının giriş sahəsində tüstülənmə ehtimalı ilə qısa müddət ərzində yüksək gərginlik çıxarılıb.
İnfrastruktur
30 Oktyabr , 2021 16:20
Bakı metrosunda qatarların hərəkəti bərpa olunub

"Bakı Metropoliteni"nin "Xətai" - "Cəfər Cabbarlı" stansiyaları istiqamətində qatarların hərəkəti bərpa edilib.

Bu barədə "Report"a Bakı Metropolitenindən məlumat verilib.

15:15

Bakı metrosunda qatarların hərəkəti bütün 2-ci xətt adlandırdığımız (Həzi Aslanov- 28 May) istiqamətdə müəyyən məhdudiyyətlər yarandığı üçün həmin sahə boyunca qatarların hərəkətinin tənzimləməsinə təsir göstərib.

Bu barədə "Report"a Bakı Metropolitenindən məlumat verilib.

Hazırda "Bakı Metropoliteni" problemin aradan qaldırılması üçün işləyir. Burda da, başlıca prinsip sərnişinlərin təhlükəsizliyini təmin etməkdir.

"Metropolitenin "yaşıl" və "qırmızı" xətləri boyunca əsas istiqamətlər üzrə hərəkət intervalı mövcud qrafikə uyğun olaraq təmin edilib. Yeganə istisna "Cəfər Cabbarlı- Xətai" stansiyalarıdır", - qurumdan bildirilib.

Bildirilib ki, metroya bomba qoyulması barədə yayılan məlumatlar tamami ilə yanlışdır: "Məsələ araşdırılır".

14:49

Bakı metrosunun "28 May" stansiyasının giriş sahəsində tüstülənmə olub.

Bu barədə "Report"a Bakı Metropolitenindən məlumat verilib.

Bildirilib ki, bu səbəbdən qısa müddət ərzində yüksək gərginlik xətləri ayrılıb.

Məlumata görə, "Həzi Aslanov-28 May" istiqamətində qatarların hərəkəti məhdudlaşdırılıb.

Hazırda "Cəfər Cabbarlı- Xətai" istiqaməti istisna olmaqla, Bakı Metropoliteninin xətlərində qatarların hərəkətini tənzimlənməsi təmin olunur, yəni digər istiqamətlərə yüksək gərginlik verilir.

Son xəbərlər

Orphus sistemi