Heydər Əliyev prospektində əsas yol sabah açılacaq

Heydər Əliyev prospektində əsas yol sabah açılacaq Ərazidə həyata keçirilən kompleks tədbirlər yekunlaşmaq üzrədir
İnfrastruktur
28 Aprel , 2015 13:51
Heydər Əliyev prospektində əsas yol sabah açılacaq

Bakı. 28 aprel. REPORT.AZ/ Heydər Əliyev prospektində yan yolun Böyükşor yol qovşağından Heydər Əliyev Mərkəzinə qədər olan hissəsində həyata keçirilən kompleks tədbirlər yekunlaşmaq üzrədir. Bu barədə "Report"a Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin Mətbuat Katibliyindən məlumat verilib. 

Yolun asfalt-beton örtüyünün üst qatı qaşınaraq yenisi ilə əvəzlənib, səki daşları dəyişdirilib, səkilərə tamet daşları döşənib, zəruri olan ərazilərdə səth sularının kənarlaşdırılması üçün yağış kanalizasiya sistemi qurulub, yeni yağış barmaqlıqları yerləşdirilib, yolun kənarında yaşıllıq zonası salınır.

Qeyd edək ki, əvvəllər yaşıllıq zonası suvarılarkən həmin suyun axıdılması üçün sistem olmayıb. Hazırda yaşıllıq zonalarında bu sistem də qurulur. Sabahdan etibarən Heydər Əliyev prospekti əsas yol kimi, prospektin Böyükşor yol qovşağından Heydər Əliyev Mərkəzinə qədər olan hissəsi də tam yeni görkəmdə sürücülərin ixtiyarına veriləcək.

Heydər Əliyev prospektində yerləşən yerüstü piyada keçidində də yenidənqurma işləri həyata keçirilir. Keçidin üzlüyü yenilənir, piyadaların rahat şəkildə hərəkəti üçün eskalatorların istiqaməti dəyişdirilir.

Son xəbərlər

Orphus sistemi