Heydər Əliyev prospekti ilə kəsişən yolların giriş hissələrində hərəkət məhdudlaşdırılacaq

Heydər Əliyev prospekti ilə kəsişən yolların giriş hissələrində hərəkət məhdudlaşdırılacaq Bakı. 27 aprel. REPORT.AZ/ Heydər Əliyev prospekti ilə kəsişən yolların giriş hissələrində hərəkət məhdudlaşdırılır.
İnfrastruktur
27 Aprel , 2018 18:17
Heydər Əliyev prospekti ilə kəsişən yolların giriş hissələrində hərəkət məhdudlaşdırılacaq

Bakı. 27 aprel. REPORT.AZ/ Heydər Əliyev prospekti ilə kəsişən yolların giriş hissələrində hərəkət məhdudlaşdırılır.

"Report" xəbər verir ki, bu barədə “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyi və Bakı Nəqliyyat Agentliyi birgə məlumat yayıb.

Bakı şəhərində avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə, Heydər Əliyev prospektinin “Sabunçu” və “Böyük Şor” yol qovşağı arasında yerləşən hissəsində Olimpiya stadionu, Olimpiya şəhərciyi, Ziya Bünyadov və Qara Qarayev prospektinə doğru gedən yolların giriş hissələrində üfüqi nişanlanma xətlərinin rənglənməsi ilə əlaqədar olaraq, aprel ayının 28-də səhər saat 11:00-dan 16:00-dək hərəkət məhdudlaşdırılacaq.

Son xəbərlər

Orphus sistemi