Heybət dəmir yolu stansiyası ləğv edilib

Heybət dəmir yolu stansiyası ləğv edilib Bakı. 6 iyun. REPORT.AZ/ Prezident İlham Əliyev Bakı şəhəri Qaradağ rayonunun ərazisində yerləşən Heybət dəmir yolu stansiyasının ləğv edilməsi haqqında sərəncam imzalayıb.
İnfrastruktur
6 İyun , 2018 18:29
Heybət dəmir yolu stansiyası ləğv edilib

Bakı. 6 iyun. REPORT.AZ/ Prezident İlham Əliyev Bakı şəhəri Qaradağ rayonunun ərazisində yerləşən Heybət dəmir yolu stansiyasının ləğv edilməsi haqqında sərəncam imzalayıb. 

"Report"un məlumatına görə, sərəncamda bildirilir ki, Bakı şəhəri Qaradağ rayonunun ərazisində yerləşən Heybət dəmir yolu stansiyasına bitişik hissədə beynəlxalq standartlara cavab verən, geniş əraziyə və müasir infrastruktura malik, yeni informasiya-kommunikasiya texnologiyaları ilə təchiz edilmiş dəmir yolu stansiyası inşa edilib. 

Sərəncamla Bakı şəhəri Qaradağ rayonunun ərazisində yerləşən Heybət dəmir yolu stansiyası ləğv edilib, yeni inşa edilmiş dəmir yolu stansiyası “Abşeron” adlandırılıb.

Son xəbərlər

Orphus sistemi