Azərbaycanın şəhər və rayonlarında avtobus parklarının yenilənmə prosesi başlayıb

Azərbaycanın şəhər və rayonlarında avtobus parklarının yenilənmə prosesi başlayıb “Quba, Şamaxı, Zaqatala, Masallı, Mingəçevir və Gəncədə avtobus parklarının yenilənmə prosesi başlayıb”.
İnfrastruktur
170
26 Noyabr , 2019 11:24
Azərbaycanın şəhər və rayonlarında avtobus parklarının yenilənmə prosesi başlayıb

“Quba, Şamaxı, Zaqatala, Masallı, Mingəçevir və Gəncədə avtobus parklarının yenilənmə prosesi başlayıb”. 

Bu barədə “Report”a Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Nuridə Allahyarova bildirib. 

N.Allahyarovanın sözlərinə görə, artıq daşıyıcı şirkətlər həmin şəhər və rayonlarda avtobusların bəzilərini yeniləri ilə əvəz ediblər. O, həmçinin əlavə edib ki, respublika üzrə yaşı (istismar müddəti) 10 ildən yuxarı olan avtobusların statistikası 77 faizdən yuxarı idisə, hazırda avtobusların yenilənməsindən sonra bu rəqəm 64 faizə enib.

Son xəbərlər

Orphus sistemi