Hacıqabul dəmir yolu qovşağında kompleks mülki müdafiə təlimi keçirilib

Hacıqabul dəmir yolu qovşağında kompleks mülki müdafiə təlimi keçirilib “Azərbaycan Dəmir Yolları” QSC-nin 2019-cu il üçün mülki müdafiə tədbirlər planına müvafiq olaraq, sentyabrın 26-da Hacıqabul dəmir yolu stansiyasının ərazisində “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı Mülki Müdafiə orqan və qüvvələrinin idarə edilməsi” mövzusunda növbəti kompleks mülki müdafiə təlimi keçirilib.
İnfrastruktur
26 Sentyabr , 2019 19:25
Hacıqabul dəmir yolu qovşağında kompleks mülki müdafiə təlimi keçirilib

Azərbaycan Dəmir Yolları” QSC-nin 2019-cu il üçün mülki müdafiə tədbirlər planına müvafiq olaraq, sentyabrın 26-da Hacıqabul dəmir yolu stansiyasının ərazisində “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı Mülki Müdafiə orqan və qüvvələrinin idarə edilməsi” mövzusunda növbəti kompleks mülki müdafiə təlimi keçirilib.

Qurumun Mətbuat katibliyi şöbəsindən "Report"a verilən məlumata görə, bununla əlaqədar qovşağın mülki müdafiə rəhbərləri, rayon fövqəladə hallar komissiyasının üzvləri, mülki müdafiə qüvvələrinin şəxsi heyəti, stansiya ərazisində yerləşən qeyri-dəmir yolu müəssisələrinin işçiləri təlimə cəlb olunub.

Təlimin keçirilməsində əsas məqsəd fövqəladə hallar zamanı qovşağın ərazisində yerləşən obyektlərin mülki müdafiə planlarının reallığını əks etdirmək, mövcud xəbərdarlıq sxemi əsasında mülki müdafiə qüvvələrinin çevik qaydada hazır vəziyyətə gətirilməsi, hadisə yerinə göndərilməsi, yaranmış vəziyyətin qiymətləndirilməsi, hadisə yerindən məlumatların toplanması, obyekt rəhbərlərinin, mülki müdafiə qüvvələrinin fasiləsiz və düzgün idarə olunması bacarığının təkmilləşdirilməsi, dəyəcək ziyanın müəyyən qədər azaldılmasının hərtərəfli, dərindən təhlili idi.

Təlim Fövqəladə Hallar Nazirliyinin və “Azərbaycan Dəmir Yolları” QSC-nin əməkdaşları tərəfindən müşahidə edilib.

Son xəbərlər

Orphus sistemi