Gürcüstanın yeganə milli loukosteri ləğv olunur

Gürcüstanın yeganə milli loukosteri ləğv olunur Gürcüstanın Mülki Aviasiya Agentliyi ölkənin yeganə milli aşağıbüdcəli “MyWay Airlines” aviaşirkətinin lisenziyasını geri alıb.
İnfrastruktur
6 Dekabr , 2021 15:46
Gürcüstanın yeganə milli loukosteri ləğv olunur

Gürcüstanın Mülki Aviasiya Agentliyi ölkənin yeganə milli aşağıbüdcəli “MyWay Airlines” aviaşirkətinin lisenziyasını geri alıb.

“Report”un yerli bürosu xəbər verir ki, buna səbəb şirkətin səhmlərinin 40 %-nin xarici ölkə vətəndaşına satılmasıdır.

Hazırda “MyWay Airlines”in səhmlərinin 89 %-i əcnəbiyə məxsusdur ki, bu da Gürcüstan qanunvericiliyinə əsasən yolverilməzdir.

Loukoster öz növbəsində Mülki Aviasiya Agentliyinin qərarını əsaslandırılmamış hesab edir. Şirkət rəhbərliyi məhkəməyə müraciət etmək niyyətindədir.

“MyWay Airlines”ı Gürcüstanda 2018-ci ildə Çinin “Hualing Group” şirkəti yaradıb. Həmin ilin noyabrında Çindən Gürcüstana 43,4 milyon ABŞ dolları dəyərində iki təyyarə idxal olunub. Şirkət ilk reysi 2019-cu ilin martında Tehran istiqamətində yerinə yetirib.

Son xəbərlər

Orphus sistemi