Gürcüstanın dəmiryolu yük daşımalarında Azərbaycan 2-ci pillədə qərarlaşıb
- 20 may, 2024
- 11:30
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-mart aylarında Gürcüstana daxil olan dəmir yolu yüklərinin 22,9 %-i və ya 732,8 min tonu Azərbaycandan göndərilib.
“Report” bu barədə Gürcüstan Statistika İdarəsinə istinadən xəbər verir.
Məlumata görə, I rübdə Gürcüstanın dəmiryolları ilə 3,2 milyon ton yük daşınıb ki, bu da, illik müqüayisədə 2,5 % çoxdur. Ümumi yüklərin 12 %-i ölkədaxili, 28,9 %-i beynəlxalq (tranzit istisna olmaqla) və 59,1 %-i tranzit yüklərin payına düşüb.
Hesabat dövründə Gürcüstana daxil olan dəmiryolu yüklərinin 53,5 %-i Rusiyadan, 22,9 %-i Azərbaycandan və 23,6 %-i isə digər ölkələrdən daxil olub.
3 ayda yükdaşımaların ümumi həcminin 32,7 %-ni metal filizləri və digər mədənçıxarma məhsulları, 28,4 %-ni kömür, xam neft və neft məhsulları və təbii qaz, 9 %-ni isə ərzaq məhsulları, içkilər və tütün təşkil edib.