Gürcüstan Qətəri “İpək yolu”na cəlb edir

Gürcüstan Qətəri “İpək yolu”na cəlb edir Gürcüstanın İqtisadiyyat və Dayanıqlı İnkişaf naziri Natia Turnava Qətərə səfər edib.
İnfrastruktur
3 Mart , 2020 14:07
Gürcüstan Qətəri “İpək yolu”na cəlb edir

Gürcüstanın İqtisadiyyat və Dayanıqlı İnkişaf naziri Natia Turnava Qətərə səfər edib.

“Report”un yerli bürosu xəbər verir ki, səfər çərçivəsində o, Qətərin Nəqliyyat və Rabitə naziri Cassim Saif Əhməd Əl Sulaiti ilə görüşüb.

Görüşdə Qətər tərəfi “İpək yolu”na, həmçinin Avropa ölkələrinə şaxələnmiş nəqliyyat dəhlizinə çıxış əldə etməyə maraq göstərib.

Gürcüstan tərəfi dəhlizə qoşulmaqla bağlı qarşı tərəfə müxtəlif konkret təkliflər təqdim edib.

N.Turnava bildirib ki, Qətər Gürcüstandan keçən dəhlizlərin və liman infrastrukturunun istifadəsində maraqlıdır: “Dəhliz vasitəsilə Qətərdən olan yüklər hərəkət edir, lakin biz yük daşımalarını daha sistematik etməyə çalışırıq. Bununla yanaşı, Qətər şirkətlərinin Gürcüstandakı infrastruktur layihələrinə cəlb olunmasında da maraqlıyıq”.

Son xəbərlər

Orphus sistemi