Gürcüstan beynəlxalq aviareyslərə məhdudiyyətlərin müddətini uzadıb

Gürcüstan beynəlxalq aviareyslərə məhdudiyyətlərin müddətini uzadıb Gürcüstanda beynəlxalq müntəzəm aviareyslərə tətbiq olunan məhdudiyyətlərin müddəti gələn il yanvarın 1-nə qədər uzadılıb.
İnfrastruktur
19 Noyabr , 2020 15:00
Gürcüstan beynəlxalq aviareyslərə məhdudiyyətlərin müddətini uzadıb

Gürcüstanda beynəlxalq müntəzəm aviareyslərə tətbiq olunan məhdudiyyətlərin müddəti gələn il yanvarın 1-nə qədər uzadılıb.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə ölkənin Mülki Aviasiya Agentliyindən bildirilib.

Məlumata görə, məhdudiyyətlər Tbilisidən Münhen, Paris, Riqa, Doha, Varşava, Afina, Amsterdam, Vyana, Berlin və Milana yerinə yetirilən birbaşa uçuşlara şamil olunmur.

Qərar Kutaisi ilə Riqa, Katovitsa, Vilnüs və Dortmund şəhərləri arasındakı müntəzəm reyslərə də aid deyil.

Son xəbərlər

Orphus sistemi