Gürcüstan Azərbaycanla birgə BTQ-nin cəlbediciliyini artırmaq niyyətindədir

Gürcüstan Azərbaycanla birgə BTQ-nin cəlbediciliyini artırmaq niyyətindədir Səfir xəttin tam yüklənməsi üçün müxtəlif ölkələrdə layihənin birgə təqdimatlarının keçirilməsini təklif edib
İnfrastruktur
30 İyun , 2021 13:19
Gürcüstan Azərbaycanla birgə BTQ-nin cəlbediciliyini artırmaq niyyətindədir
Rəşad Nəbiyev və Zurab Pataradze

Azərbaycanın nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyev Gürcüstan səfiri Zurab Pataradze ilə görüşüb.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Azərbaycandakı səfirliyi məlumat yayıb.

Tanışlıq xarakteri daşıyan görüşdə iki ölkə arasında strateji, dost və mehriban qonşuluq münasibətləri nəzərdən keçirilib, azad iqtisadi zonalar, avtomobil, dəmir yolları və dəniz limanları kimi infrastrukturun inkişaf etdirilməsinin önəmi vurğulanıb.

Tərəflər Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu layihəsinin əhəmiyyətini də qeyd ediblər. Z.Pataradze xəttin tam yüklənməsi üçün müxtəlif ölkələrdə layihənin birgə təqdimatlarının keçirilməsini təklif edib. Onun sözlərinə görə, bu, dəhliz barədə məlumatlılığı artıra, həmçinin marşrutun potensialını tam olaraq nümayiş etdirməyə imkan verə bilər.

Görüşün sonunda tərəflər sıx əməkdaşlığa dair hazırlıq ifadə ediblər.

Xatırladaq ki, BTQ 30 oktyabr 2017-ci ildə açılıb. Dəmir yolu xətti Asiya və Avropanın dəmir yol şəbəkələrinin birləşdirilməsini təmin edir. Bu təkcə 3 ölkə arasında deyil, həm də Asiya ilə Avropa arasında ən qısa yoldur. BTQ yüklərin daşınmasına sərf edilən vaxtı 2 dəfədən çox qısaltmağa imkan verir. BTQ dəmir yolu Mərkəzi Asiya ölkələrinin – Türkmənistan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Tacikistan və Əfqanıstanın Avropa və dünya bazarlarına çıxışını asanlaşdırır.

Ümumi uzunluğu 846 kilometr olan BTQ-nin 504 kilometrlik hissəsi Azərbaycanın ərazisinə düşür. Dəmir yolu xəttinin 263 kilometri Gürcüstandan keçir. Yolun 79 kilometri isə Türkiyə ərazisindədir. Bu yol vasitəsilə birinci mərhələdə 5 milyon ton, ondan sonrakı mərhələdə 17 milyon ton, ondan sonra isə daha böyük həcmdə yüklərin daşınması nəzərdə tutulur.

Son xəbərlər

Orphus sistemi