​Güclü qar səbəbindən Rusiyadan Azərbaycana bir neçə aviareys təxirə salınıb - YENİLƏNİB

​Güclü qar səbəbindən Rusiyadan Azərbaycana bir neçə aviareys təxirə salınıb - YENİLƏNİB Moskva aeroportlarında ümumilikdə 80-dən çox reys təxirə salınıb
İnfrastruktur
2 Mart , 2016 08:53
​Güclü qar səbəbindən Rusiyadan Azərbaycana bir neçə aviareys təxirə salınıb - YENİLƏNİB

Bakı. 2 mart. REPORT.AZ/ Moskva-Lənkəran aviareysinin ardından Moskva-Gəncə reysi də təxirə salınıb.

"Report" xəbər verir ki, reysin ləğvinə ötən gün axşamdan Moskvaya yağan güclü qar səbəb olub.

"Ural Airlines" şirkəti tərəfindən "Domodedovo" hava limanından həyata keçirilməli olan "U6 2411" saylı aviareys 11:10-da Moskvadan uçmalı olan təyyarə 14:45-də Gəncədə eniş etməli idi.

***06:30

Bu gün həyata keçirilməli olan "U6 2421" saylı Moskva-Lənkəran aviareysi güclü qar yağması səbəbindən təxirə salınıb.

"Report" xəbər verir ki, "Ural Airlines" aviaşirkəti tərəfindən "Domodedovo" hava limanından saat 09:20 uçmalı olan "Airbus A321" təyyarəsi 13:20-də Lənkəranda eniş etməli idi.

Martın 2-nə keçən gecə Moskva aeroportlarında ümumilikdə 80-dən çox təyyarə reysi ləğv edilib.

"Yandex" xidmətinin onlayn-tablosuna əsasən, "Şeremetyevoda 68 reys, "Domodedovo"da 16 reys təxirə salınıb. "Vnukovo"da reys ləğv olunmayıb.

Moskvada ötən gün axşamdan yağmağa başlayan güclü qar davam etməkdədir.

Son xəbərlər

Orphus sistemi