Güclü qar və çovğun Bakıda nəqliyyatın işinə təsir etməyib

Güclü qar və çovğun Bakıda nəqliyyatın işinə təsir etməyib Heydər Əliyev Beynəlxalq Aeroportu: "Uçuşlar qrafikə uyğun həyata keçirilir"
İnfrastruktur
2 Yanvar , 2016 09:43
Güclü qar və çovğun Bakıda nəqliyyatın işinə təsir etməyib

Bakı. 2 dekabr. REPORT.AZ/ Bakıda müşahidə olunan qarlı-çovğunlu hava Heydər Əliyev Beynəlxalq Aeroportunun işinə təsir etməyib.

Aeroportdan "Report"a verilən məlumata görə, kəskin hava şəraitinə bamayaraq heç bir reys təxirə salınmayıb. Qurumdan bildirilib ki, ümumilikdə uçuşlar qrafikə uyğun həyata keçirilir, ancaq qısa müddətli gecikmələr var. 

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən də bildirilib ki, hazırda paytaxt yollarında tıxac müşahidə olunmur.

"Azərbaycan Dəmir Yolları" QSC və Bakı Beynəlxalq Avtovağzalından da qarlı hava şəraiti ilə əlaqədar hər hansı dəyişiklik olmadığını deyiblər. Çovğuna baxmayaraq ölkədaxili və beynəlxalq reyslərdə heç bir dəyişiklik edilməyib. "Azərbaycan Dəmir Yolları"ndan bildirilib ki, bəzi qatarların Bakıya çatmasında gecikmə ola biləcəyi ehtimal edilir, ancaq saat 10.00-dək belə hal qeydə alınmayıb. 

Qeyd edək ki, dünən etibarən Bakıda və Abşeron yarımadasında güclü qar yağır. Qarlı hava şəraiti hazırda davam edir. Ekologiyavə Təbii Sərvətlər Nazirliyinin Milli HidrometeorologiyaDepartamentinin məlumatına əsasən, gün ərzində paytaxtda və yarımadada güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturunun gündüz 0-3° isti olacağı gözlənilir.

Son xəbərlər

Orphus sistemi