Göygöldə sakinlərin şikayətinə səbəb olan yol asfaltlanıb

İnfrastruktur
  • 17 yanvar, 2024
  • 15:27
Göygöldə sakinlərin şikayətinə səbəb olan yol asfaltlanıb

Göygöl şəhər Koroğlu küçəsində sakinlərin narazılığa səbəb olan yol təmir olunub.

"Report"un Qərb bürosunun məlumatına görə, illərdir Göygöl şəhərinin Koroğlu küçəsində yaşayan vətəndaşların haqlı narazılığına səbəb olan yolda təmir-bərpa işləri aparılıb.

Belə ki, küçənin yoluna yeni asfalt örtüyü döşənib. Həmçinin piyadaların hərəkəti üçün səki daşları düzülüb.

Qeyd edək ki, küçə sakinləri bərbad vəziyyətdə olan yolda yağıntılı hava şəraiti zamanı yaranmış palçıq və gölməçələr səbəbindən çətinliklər çəkib.