Göygöldə içməli suyun verilməsində problemlər yaranıb
İnfrastruktur
- 09 dekabr, 2022
- 05:53
Göygöl şəhərinin bəzi hissələrində içməli suyun verilməsində problemlər yaranıb.
Bu barədə "Report"un Qərb bürosuna bir qrup şəhər sakini məlumat verib.
Onların sözlərinə görə, bir neçə gündür içməli suyun verilişi dayandırılıb. Sakinlər buna görə də su maşınları vasitəsilə gətirilən içməli sudan istifadə etməyə məcbur olublar.
Məsələ ilə bağlı Göygöl Rayon İcra Hakimiyyətindən "Report"un yerli bürosuna bildirilib ki, problemə şəhərə gələn su xəttinin Toğanalı kəndi ərazisindən keçən d-450 mm plastik magistral hissəsində yaranmış fəsad səbəb olub:
"Hazırda Göygöl Rayon Sukanal İdarəsi tərəfindən növbəli şəkildə, gecə və gündüz boruda təmir işləri davam etdirilir. Yaxın zamanda fəsad aradan qaldırılacaq və şəhər içməli su ilə təmin olunacaq".
Son xəbərlər
06:42
SEPAH: ABŞ-nin 2 gəmi və 8 neft tankerinə zərbələr endirilib - YENİLƏNİB
Region06:18
Bakının Yasamal rayonu, Mingəçevir və Yevlaxın isə bəzi ərazilərində işıq olmayacaq
Energetika05:50
Rubio Moskva və Kiyevdəki danışıqları məzmunlu adlandırıb
Digər ölkələr05:15
İordaniya ordusu İranın 20 raketindən 18-ni ələ keçirib - YENİLƏNİB
Digər ölkələr04:44
ABŞ Nəqliyyat Nazirliyi "Ford"dan Çinlə əməkdaşlığı dayandırmağı tələb edib
Digər ölkələr03:39
Foto
Video
Zərdabda baş verən qəzada ölənlərin adları məlum olub - YENİLƏNİB
Hadisə03:20
Mbappe Çempionlar Liqasının ən yaxşı bombardirlərinin ilk beşliyinə daxil olub
Futbol02:52
SEPAH: ABŞ-nin F-35, F-16, F-15 qırıcılarının sığınacaqları hədəfə alınıb
Region02:43