“Gənclik” metro stansiyasındakı ödəmə terminalları nə vaxtdan açılacaq?

“Gənclik” metro stansiyasındakı ödəmə terminalları nə vaxtdan açılacaq? Sərnişinlər saat 06:30-dan saat 12:00-dək “Gənclik” metro stansiyasının vestibülündəki ödəmə terminallarından istifadə edəcəklər
İnfrastruktur
11 Avqust , 2020 10:30
 “Gənclik” metro stansiyasındakı ödəmə terminalları nə vaxtdan açılacaq?

Bu gündən metronun “Gənclik” stansiyasının vestibülü səhər pik saatlarında da ödəmə terminallarından istifadə üçün açıq olacaq.

Bu barədə “Report” Bakı Nəqliyyat Agentliyinə istinadən xəbər verir.

Məlumatda bildirilir ki, sərnişinlər saat 06:30-dan saat 12:00-dək “Gənclik” metro stansiyasının vestibülündəki ödəmə terminallarından istifadə edə biləcək.

Sərnişinlərdən vestibüllərdə maskadan istifadə etmələrini və sosial məsafəni gözləmələrini xahiş edirik. Tövsiyə edirik ki, “BakıKart”ın balansını artırmaqla bağlı işlərini planlı qursunlar. Əvvəlcədən tədbirli davranış lüzumsuz vaxt itkisinə məruz qalmamaq, eləcə də pandemiya dövründə yoluxma riskini minimuma endirmək baxımından əhəmiyyətlidir.

Son xəbərlər

Orphus sistemi