Gəncədə teatr binası və idman sarayının inşasına daha 19 mln manat xərclənəcək

Gəncədə teatr binası və idman sarayının inşasına daha 19 mln manat xərclənəcək 2 obyektin inşa xərcləri 42 mln manatı keçəcək
İnfrastruktur
19 Mart , 2021 18:01
Gəncədə teatr binası və idman sarayının inşasına daha 19 mln manat xərclənəcək

Gəncə Şəhər İcra Hakimiyyəti teatr binasının və idman sarayının inşası ilə bağlı elan etdiyi açıq tenderlərin qalibi "Rövşən Oğuz Qrup" MMC-yə müvafiq olaraq daha 9,35 milyon manat və 9,4 milyon manat, ümumilikdə 18,75 milyon manat ödəyəcək.

"Report" bu barədə vahid dövlət satınalmaları portalına istinadən xəbər verir.

Xatırladaq ki, bundan əvvəl sözügedən tikintilərlə bağlı müvafiq olaraq 16,9 milyon manat və 6,4 milyon manat, ümumilikdə 23,3 milyon manat ayrılmışdı. Beləliklə, 2 obyektin inşa xərcləri 42 milyon manatı keçəcək.

Son xəbərlər

Orphus sistemi