Gəncədə Ekoloji Park kompleksinin abadlaşdırılmasına çəkiləcək xərc açıqlanıb

İnfrastruktur
  • 15 yanvar, 2025
  • 14:52
Gəncədə Ekoloji Park kompleksinin abadlaşdırılmasına çəkiləcək xərc açıqlanıb

Gəncə şəhərinin Əli Məmmədov küçəsində Ekoloji Park kompleksinin və onun ətrafında abadlıq işlərinə (2-ci hissə) 6 milyon 189 min 463,25 manat vəsait sərf olunacaq.

"Report" bu barədə dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir.

Abadlıq işləri "Gəncə Körpü Tikinti-2" ASC-yə həvalə olunub. O, Gəncə Şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin elan etdiyi tenderin qalibi olub.

Qeyd edək ki, müqavilə predmeti olan işlərin xərci ehtimal olunan qiymətdən 51,1 min manat və ya 0,8 % azdır.

44 - Tezliklə