Gənc kadrlar şimal sahəsinin dəmir yolu stansiyalarında işlə təmin olunublar

Gənc kadrlar şimal sahəsinin dəmir yolu stansiyalarında işlə təmin olunublar “Azərbaycan Dəmir Yolları” QSC gənc kadrların işlə təmin olunması istiqamətində sosial yönümlü təcrübə proqramına start verib.
İnfrastruktur
21 Noyabr , 2019 13:16
Gənc kadrlar şimal sahəsinin dəmir yolu stansiyalarında işlə təmin olunublar

Azərbaycan Dəmir Yolları” QSC gənc kadrların işlə təmin olunması istiqamətində sosial yönümlü təcrübə proqramına start verib. 

Bu barədə “Report”a qurumun Mətbuat Xidmətindən məlumat verilib.

Layihəyə əsasən Azərbaycanın şimal bölgələrindən gənc kadrlar qatılıblar. İştirakçıların bilik və bacarıqları, şəxsi keyfiyyətləri müsabiqə və müsahibə yolu ilə müəyyənləşdirilib. Aralarından 7 nəfər təcrübəçi seçilib.

İştirakçılar “Azərbaycan Dəmir Yolları” QSC-nin Biləcəri Çeşidləmə stansiyasında “ADY SMART” əməliyyat sisteminin öyrənilməsi üzrə təlimlərə cəlb olunub.

"Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov həmin gənclərlə görüşüb. Onların təcrübə müddətində əldə etdikləri bilgilər, gələcək planları və sosial vəziyyətləri ilə maraqlanıb. Cavid Qurbanov dəmiryolçu olmaq istəyən gənclərə uğurlar arzulayıb.

Beləliklə, təlimlərdə müsbət nəticə göstərən gənc kadrlar yaşadıqları bölgələrdəki dəmir yolu stansiyalarında müvafiq işlə təmin olunublar. 2 nəfər Yalama, 2 nəfər Xudat, 3 nəfər isə Xaçmaz stansiyasında işə götürülüb. "Azərbaycan Dəmir Yolları" QSC gələcəkdə də gənc kadrların dəmir yolunda işə cəlb edilməsi istiqamətində sosial yönümlü layihələrin davam etdirilməsini nəzərdə tutur.

Son xəbərlər

Orphus sistemi