Gələn il Həştərxan-Bakı aviareyslərinin sayı arta bilər

Gələn il Həştərxan-Bakı aviareyslərinin sayı arta bilər Gələn il Həştərxan-Bakı aviareyslərinin sayı arta bilər.
İnfrastruktur
19 Dekabr , 2019 12:22
Gələn il Həştərxan-Bakı aviareyslərinin sayı arta bilər

"Gələn il Həştərxan-Bakı aviareyslərinin sayı arta bilər".

"Report" xəbər verir ki, bunu mətbuat konfransında Rusiyanın Həştərxan vilayətinin qubernatoru İqor Babuşkin Həştərxan vilayətinin nümayəndə heyətinin Azərbaycana bu yaxınlarda etdiyi işgüzar səfəri şərh edərkən deyib.

O, Bakıdakı görüşlər zamanı bir sıra razılıqların, o cümlədən Həştərxandan Bakıya uçuşların tezliyini artırmaq imkanı ilə bağlı razılığın əldə olunduğunu bildirib.

"Yay aylarında uçuşların sayını həftədə üç-dörd dəfəyə qədər artıra biləcəyimizə ümid edirik", - qubernator söyləyib.

Region başçısı qeyd edib ki, Həştərxan-Bakı marşrutu üzrə indiki uçuşların yüklənmə səviyyəsi azı 85% təşkil etdiyindən əlavə uçuşlara tələbat var.

Xatırladaq ki, bu ilin may ayında iki şəhər arasında hava əlaqəsi bərpa edilib. Daşıyıcı qismində "Azərbaycan Hava Yolları" çıxış edib. Təyyarə həftədə iki dəfə uçur, səyahət müddəti bir saatdır.

Son xəbərlər

Orphus sistemi