Füzulidən Şuşaya çəkilən yeni avtomobil yolu gələn il istifadəyə veriləcək

Füzulidən Şuşaya çəkilən yeni avtomobil yolu gələn il istifadəyə veriləcək "Prezident İlham Əliyevin Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolunun layihələndirilməsi və tikintisi ilə bağlı tədbirlər haqqında imzaladığı sərəncama əsasən, yeni yolda layihələndirmə və tikinti işləri eyni anda aparılır”.
İnfrastruktur
18 Noyabr , 2020 13:55
Füzulidən Şuşaya çəkilən yeni avtomobil yolu gələn il istifadəyə veriləcək
0 : 00
0 : 00

"Prezident İlham Əliyevin Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolunun layihələndirilməsi və tikintisi ilə bağlı tədbirlər haqqında imzaladığı sərəncama əsasən, yeni yolda layihələndirmə və tikinti işləri eyni anda aparılır”.

Bunu “Report” a açıqlamasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) Mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli deyib.

Onun sözlərinə görə, 101,5 km-lik yol I texniki dərəcəyə uyğun tikilir. Onun eni 40 metr olacaq. Yolda gediş-gəlişli olmaq 4 əsas, 2 isə əlavə, ümumilikdə 6 hərəkət zolağının inşası nəzərdə tutulub.

"Qarşıdan qış mövsümü gəlir, iş açıq hava şəraitində işlər aparılır. Gələn il Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolunun tikintisinin yekunlaşdırılması planlaşdırılır. Yolun bir hissəsini tikib qurtardıqdan sonra nəqliyyat vasitələrinin hərəkətinə imkan yaradılacaq. Yolun tikintisinə həm yerli, həm də xarici mütəxəssislərin, podratçı şirkətlərin cəlb edilməsi nəzərdə tutulur", - o qeyd edib.

Xatırladaq ki, sözügedən sərəncamla bu ilin dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan AAYDA-ya ilkin olaraq 50 milyon manat ayrılıb.

Noyabrın 16-da Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva işğaldan azad edilmiş Füzuli və Cəbrayıl rayonlarında, o cümlədən Füzuli və Cəbrayıl şəhərlərində olublar. Onlar yeni layihənin icrasının gedişi ilə tanış olublar.

Son xəbərlər

Orphus sistemi