Füzuli ərazisindəki su anbarlarının vəziyyəti açıqlanıb

Füzuli ərazisindəki su anbarlarının vəziyyəti açıqlanıb Füzuli rayonu ərazisində yerləşən, Köndələn çayın məcrasında tikilmiş Köndələnçay-1, Köndələnçay-2, Aşağı Köndələnçay su anbarlarında və Quru çayı üzərindəki suötürücü qurğusunda təmir-bərpa işləri aparılıb.
İnfrastruktur
15 Mart , 2024 14:08
Füzuli ərazisindəki su anbarlarının vəziyyəti açıqlanıb

Füzuli rayonu ərazisində yerləşən, Köndələn çayın məcrasında tikilmiş Köndələnçay-1, Köndələnçay-2, Aşağı Köndələnçay su anbarlarında və Quru çayı üzərindəki suötürücü qurğusunda təmir-bərpa işləri aparılıb.

Bu barədə “Report”a açıqlamasında Dövlət Su Ehtiyatlar Agentliyinin tabeliyindəki "Azərbaycan Meliorasiya və Su Təsərrüfatı" ASC-nin İnvestisiyalar və layihələrin idarə olunması şöbəsinin müdiri Çingiz Abbasov deyib.

Onun sözlərinə görə, su anbarlarının təmir-bərpası ilə rayonun 6,2 min hektar əkin sahələrinin suvarma suyu ilə təmin edilməsinə zəmin yaranıb:

“Ard-arda düzülən su anbarlarının ümumi həcmi 15,5 milyon kubmetr təşkil edir, o cümlədən: Köndələnçay-1 su anbarının ümumi su tutumu 3,9 milyon kubmetr, Köndələnçay-2 su anbarının ümumi su tutumu 2,1 milyon kubmetr, Aşağı Köndələnçay su anbarının ümumi su tutumu 9,5 milyon kubmetrdir. Aşağı Köndələnçay su anbarına əlavə su verilməsi məqsədilə Quru çay üzərində inşa olunmuş hidroqovşağın sugötürmə qabiliyyəti saniyədə 15 kubmetr təşkil edir”.

Son xəbərlər

Orphus sistemi