“Flydubai” BƏƏ-dən İsrailə birbaşa reyslərə başlayıb

“Flydubai” BƏƏ-dən İsrailə birbaşa reyslərə başlayıb Birləşmiş Ərəb Əmirliklərinin “Flydubai” aviaşirkəti cümə axşamı BƏƏ-dən İsrailə ilk birbaşa reysini həyata keçirib.
İnfrastruktur
26 Noyabr , 2020 12:01
“Flydubai” BƏƏ-dən İsrailə birbaşa reyslərə başlayıb

Birləşmiş Ərəb Əmirliklərinin “Flydubai” aviaşirkəti cümə axşamı BƏƏ-dən İsrailə ilk birbaşa reysini həyata keçirib.

“Report” xəbər verir ki, bu barədə “Al Arabiya” telekanalı məlumat verib.

Şirkətdən daha əvvəl verilən açıqlamaya görə, həftədə Dubay - Təl-Əviv marşrutu üzrə 14 uçuş həyata keçirəcək. BƏƏ-dən İsrailə səyahət təxminən üç saat davam edəcək.

Hazırda “Flydubai” BƏƏ-dən İsrailə birbaşa uçuşlar təklif edən yeganə aviaşirkətdir.

Xatırladaq ki, oktyabrın 20-də İsrail və BƏƏ Təl-Əviv yaxınlığındakı hava limanında aviasiya əlaqəsinin qurulması, vizasız səyahət, investisiyaların qorunması, elm və texnologiya sahəsində əməkdaşlıq haqqında saziş imzalayıb. “I-24” telekanalı BƏƏ-nin İsrail vətəndaşlarının vizasız rejimə sahib olacağı ilk ərəb ölkəsi olduğunu vurğulayıb. Hava əlaqəsinin qurulması üzrə saziş Ben Qurion hava limanından BƏƏ-yə həftədə 28 müntəzəm uçuşun olmasını və Ramon hava limanından Əbu-Dabi və Dubaya qeyri-məhdud sayda çarter reysləri həyata keçirilməsini nəzərdə tutur.

Son xəbərlər

Orphus sistemi