Firudin Tağıyev: "İşğaldan azad edilmiş ərazilərin potensialı şirin su ehtiyatlarımızı daha da əlçatan edir"

Firudin Tağıyev: "İşğaldan azad edilmiş ərazilərin potensialı şirin su ehtiyatlarımızı daha da əlçatan edir" Azərbaycanın işğaldan azad edilmiş ərazilərin su potensialı daha yüksək qiymətləndirilir.
İnfrastruktur
28 Avqust , 2024 12:10
Firudin Tağıyev: İşğaldan azad edilmiş ərazilərin potensialı şirin su ehtiyatlarımızı daha da əlçatan edir

Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin su potensialı daha yüksək qiymətləndirilir.

“Report” xəbər verir ki, bunu Kənd Təsərrüfatı Nazirliyinin Torpaqdan istifadəyə nəzarət şöbəsinin müdiri Firudin Tağıyev “Su İdarəetmə Sistemlərinin iqlimə Dayanıqlı Kənd Təsərrüfatında Rolu: COP29 Dəyirmi Masa Müzakirələri” mövzusunda keçirilən tədbirdə deyib.

Onun sözlərinə görə, burda 10 su anbarı, 17 çayın olması şirin su ehtiyatlarımızı daha da əlçatan edir.

“Bildiyiniz kimi işğaldan azad edilmiş ərazilər "yaşıl enerji" zonası elan edilib. Bundan başqa, bu ərazilərin "sıfır emissiya" zonası elan edilməsi ilə bağlı öhdəlik götürmüşük. Ona görə də, bu ərazilərdəki hidroenerji ehtiyatlarının, eyni zamanda suyun idarə edilməsi əsas hədəflərdəndir. İşğaldan azad edilmiş ərazilərimiz yenidən qurulur və bu prosesləri çalışırıq ki, ardıcıl olaraq orda tətbiq edək", - F. Tağıyev bildirib.

Son xəbərlər

Orphus sistemi