FHN ilə Bakı metrosu qarşılıqlı Tədbirlər Planı tərtib edib

FHN ilə Bakı metrosu qarşılıqlı Tədbirlər Planı tərtib edib "Bakı Metropoliteni" QSC ilə Fövqalədə Hallar Nazirliyi qarşılıqlı fəaliyyət və Tədbirlər Planları tərtib olunub
İnfrastruktur
6 Noyabr , 2024 15:57
FHN ilə Bakı metrosu qarşılıqlı Tədbirlər Planı tərtib edib

"Bakı Metropoliteni" QSC ilə Fövqalədə Hallar Nazirliyi qarşılıqlı fəaliyyət və Tədbirlər Planları tərtib olunub.

"Report" xəbər verir ki, bunu FHN-nin COP29 Əməliyyat Qərargahının rəhbəri, polkovnik Ağəli Hüseynov bayram və BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) günlərində metronun fəaliyyətinə dair brifinqdə deyib.

O bildirib ki, metropolitenə məxsus bütün obyektlərdə və tunellərdə yanğın-texniki müayinələr keçirilib: "Metropolitenə məxsus bütün obyektlərdə və tunellərdə yanğın-texniki müayinələr keçirilib. Cari il ərzində 900 nəfər metropoliten əməkdaşları yanğın təhlükəsizliyi qaydaları barədə təlimatlandırılıb. Bu ilin 10 ayı ərzində 9 metrostansiyada birgə taktiki-xüsusi təlimlər keçirilib. Əlavə olaraq, COP29 tədbiri ilə əlaqədar olaraq Bakı Metropoliteninin "Koroğlu", "Ulduz" və "Xətai" metrostansiyalarında qərargahlar yaradılıb və nazirliyin əməkdaşları xidmət aparır",- deyə o qeyd edib.

Son xəbərlər

Orphus sistemi