65 mindən çox vətəndaşa 85 mindən çox xidmət - Əmlak Xidmətləri Məkanından - VİDEOREPORTAJ

65 mindən çox vətəndaşa 85 mindən çox xidmət - Əmlak Xidmətləri Məkanından - VİDEOREPORTAJ Dörd aydan çoxdur ki, Əmlak Məsələləri Dövlət Komitəsi vətəndaşlara vahid məkanda xidmət göstərir. Komitənin bu ilin yanvar ayında istifadəyə verdiyi və Prezident İlham Əliyevin açılışını etdiyi Əmlak Xidmətləri Məkanında əmlakla bağlı bütün xidmətlər beynəlxalq standartlara uyğun qurulub, şəffaflıq təmin olunub, vətəndaş məmnunluğunun artırılması, vətəndaş-məmur münasibətlərinin minimuma endirilməsi, xidmətlərin tam elektronlaşdırılması təmin edilib.
İnfrastruktur
22 May , 2019 10:00
65 mindən çox vətəndaşa 85 mindən çox xidmət - Əmlak Xidmətləri Məkanından - VİDEOREPORTAJ

Dörd aydan çoxdur ki, Əmlak Məsələləri Dövlət Komitəsi vətəndaşlara vahid məkanda xidmət göstərir. Komitənin bu ilin yanvar ayında istifadəyə verdiyi və Prezident İlham Əliyevin açılışını etdiyi Əmlak Xidmətləri Məkanında əmlakla bağlı bütün xidmətlər beynəlxalq standartlara uyğun qurulub, şəffaflıq təmin olunub, vətəndaş məmnunluğunun artırılması, vətəndaş-məmur münasibətlərinin minimuma endirilməsi, xidmətlərin tam elektronlaşdırılması təmin edilib.  

"Report"a açıqlama verən məkanın rəhbəri R.Əbləsənov deyir ki, fəaliyyətə başladıqlarından bir neçə ay keçməsinə baxmayaraq bu günə qədər 65 mindən çox vətəndaş müraciəti qeydə alınıb: “Vətəndaşlar 85 min çox xidmətdən  yararlanıb. Onlar məkana müraciət etməklə Komitənin müxtəlif şöbə və qurumlarının təqdim etdiyi ümumilikdə 46 xidmətdən yararlana bilərlər”.

5 mindən çox vətəndaş hüquqi yardım üçün müraciət edib

Əmlak Xidmətləri Məkanının rəhbəri R.Əbləsənov qeyd edib ki, məkanda təqdim olunan xidmətlər daşınmaz əmlak üzərində icarə, istifadə və mülkiyyət hüquqlarının dövlət reytrində qeydiyyata alınması və ləğvi, daşınmaz əmlakın inventarlaşdırılması və qiymətləndirilməsi, dövlət əmlakın idarə edilməsi, icarəsi və özəlləşdirilməsi, hərracların təşkili, daşınmaz əmlakın kadastrı və ünvan reyesti, daşınmaz əmlaka dair eskiz layihələrin hazırlanması, daşınmaz əmlakların siğortalanması, eyni zamanda notarial və sair xidmətlərdir.

“Əlavə olaraq vətəndaşlarımızın daha çox müraciət etdikləri xidmətlərdən biri də hüquqi yardım xidmətləridir. Bu günədək bu xidmət üzrə 5 mindən çox vətəndaşın müracəti qeydiyyata alınıb. Hüquqi yardım xidməti Məkan tərəfindən tam ödənişsiz olaraq vətəndaşlara təqdim edilməkdədir. Vətəndaşlar hüquqi yardım xidmətlərindən yararlanaraq sahib olduqları daşınmaz əmlaklar üzərində icarə, istifadə və ya mülkiyyət hüquqlarının dövlət reyetrində qeydiyyata alınmasına nail olurlar. Hüquqi yardım xidmətlərinin ödənişsiz şəkildə göstərilməsi vətəndaşlarımızın daşınmaz əmlakın qeydiyyatı, inventarlaşdırılması, qiymətləndirilməsi, və sair istiqamətləri üzrə öz hüquqları barədə maariflənməyə, qanunvericiliyin tələbləri barədə məlumatlanmağa imkan yaradır”, - deyə R.Əbləsənov bildirir. 

100-dən çox dövlət əmlakının özəllişdirilməsi məqsədilə 14 hərrac təşkil edilib

Komitə rəsmisi vurğulayıb ki, Əmlak Xidmətləri Məkanında dövlət əmlakının özəllişdirilməsi və icarəsi, eyni zamanda hərraclar təşkil edilir: “Burada müasir standartlara cavab verən 100 nəfərlik hərrac zalı yaradılıb. Hərrac zalında özəlləşməyə çıxarılan əmlaklarla bağlı bütün məlumatların əldə edilməsi, keçirilən hərraclarda həm canlı olaraq, həm də elektron formada iştirak etmək mümkündür. Hərracda elektron imzası olan hər bir vətəndaş harda olmasından asılı olmayaraq elekton hərrac sisteminə qoşularaq elektron formada iştirak edə bilər. Bu günədək 100-dən çox dövlət əmlakının özəllişdirilməsi məqsədilə 14 hərrac təşkil edilib”.

2 mindən çox vətəndaşın notarial xidmətə müraciəti qeydə alınıb

Bundan başqa, məkan rəhbərinin sözlərinə görə, daşınmaz əmlakla bağlı proseslərin həyata keçirilməsində notarial xidmətlərin də xüsusi rolunun olması və vətəndaşların bir ünvanda bu xidmətlərdən istifadə etmə imaknın təmin edilməsi məqsədi ilə Əmlak Xidmətləri Məkanında notariat kontoru yaradılıb: “Burada bütün notarial xidmətlər göstərilməkdədir. Vətəndaşlar əsasən daşınmaz əmlakla bağlı alqı-satqı, bağışlama və ya vərəslik proseslərinin həyata keçirilməsi, bölgü sxemlərinin təsdiq edilməsi və sair məqsədlər üçün notariusa müraciət edir. Bu günə qədər 2 mindən çox vətəndaşın notarial xidmətə müraciəti qeydə alınıb". 

Daşınmaz əmlaklar üzərində hüquqlar elektron çıxarışlarla rəsmiləşdirilir

Azərbaycanda daşınmaz əmlak üzərində hüquqlarının qeydiyyatı ilə bağlı verilən elektron çıxarışları Əmlak Xidmətləri Məkanında da almaq olar. 

“Vətəndaşlarımız əvvəllər kağız çıxarışların itmə, məhv olma və uzun müddət keçdikdən sonra saxlanılma şəraitinə görə yararsız hala düşməsi kimi hallarla qarşılaşırdılar və dublikat çıxarışın əldə olunması üçün təkrarən bizə müraciət etməli olurdular. Dublikat çıxarışların əldə olunması ilə bağlı xeyli sayda vətəndaş müraciətləri bizə daxil olurdu. Dublikat çıxarışların əldə edilməsi üçün mövcüd qanunvericiliyə uyğun olaraq müəyyən prosedur var ki, vətəndaşalar bu proseduru yerinə yetitməli olurdular. Yəni, vətəndaşlar qanunvericiliyə uyğun qəzetdə elan verməli və müvafiq polis idarəsindən arayış əldə etməli olurdular. Daha sonra da dublikat çıxarış əldə edilməsi üçün bizə təkrarən müraciət edirdilər. Bu proseslər vətəndaşların əlavə vaxt itkilərinə və xərclərinə səbəb olurdu ki, elektron çıxarışa keçiddən sonra bu hallar aradan qalxmış olur. Artıq elektron çıxarış vətəndaşın “Elektron hökumət” portalındakı şəxsi kabinetinə yerləşdirilir və vətəndaş elektron daşıyıcılar vasitəsi ilə istənilən yerdən “Elektron hökumət” portalına qoşulmaqla istədiyi sayda onu çap edə bilir. Bu günə qədər Bakıda 8 mindən daşınmaz əmlaka elektron çıxarış verilib", - deyə R.Əbləsənov qeyd edib. 

Video: Elçin Murad

Son xəbərlər

Orphus sistemi