Əmlak Məsələləri Dövlət Xidməti ötən il 70 milyon manat mənfəət əldə edib

Əmlak Məsələləri Dövlət Xidməti ötən il 70 milyon manat mənfəət əldə edib
İnfrastruktur
95
26 May , 2020 16:50
Əmlak Məsələləri Dövlət Xidməti ötən il 70 milyon manat mənfəət əldə edib
Report.az

Ötən ildə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti 137,746 milyon manat gəlir əldə edib.

“Report” quruma istinadən xəbər verir ki, bunun 133,974 milyon manatı qeyri-birja əməliyyatlarından, 2,903 milyon manatı birja əməliyyatlarından, 869 min manatı isə sair əməliyyatlardan əldə olunub.

Ötən il Dövlət Xidmətinin xərcləri isə 68,182 milyon manat, o cümlədən əmək haqqı xərcləri və dövlət sosial sığorta ayırmaları 10,742 milyon manat, sərf etdiyi materialların dəyəri 320 min manat, amortizasiya xərcləri 2,641 milyon manat, sair əməliyyat xərcləri isə 54,479 milyon manat təşkil edib.

Beləliklə, qurumun gəlirləri ilə xərcləri arasında 69,564 milyon manat fərq (mənfəət) yaranıb.