Emin Hüseynov: “Suqovuşan, Hadrut, Tuğ və Ağdama köç ardıcıllıqla davam edəcək”

Emin Hüseynov: “Suqovuşan, Hadrut, Tuğ və Ağdama köç ardıcıllıqla davam edəcək” Gələn ildən başlayaraq Suqovuşan (Tərtər), Hadrut və Tuğ (Xocavənd), eləcə də Ağdam şəhərinə və rayonun kəndlərinə köç ardıcıllıqla davam edəcək.
İnfrastruktur
17 Aprel , 2023 16:53
Emin Hüseynov: “Suqovuşan, Hadrut, Tuğ və Ağdama köç ardıcıllıqla davam edəcək”
Emin Hüseynov

Gələn ildən başlayaraq Suqovuşan (Tərtər), Hadrut və Tuğ (Xocavənd), eləcə də Ağdam şəhərinə və rayonun kəndlərinə köç ardıcıllıqla davam edəcək.

“Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, bunu Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov Şamaxıda keçirilən “İşğaldan azad edilmiş ərazilərin investisiya cəlbediciliyi” mövzusunda elmi-praktik konfransda bildirib.

"Artıq işğaldan azad edilmiş ərazilərdə olan iki kəndə məcburi köçkünlər qaytarılıb, onlar dədə-baba torpaqlarında yaşayırlar: “Bundan sonrakı dövrlərdə köçənlərin sayı daha da artacaq. Xüsusilə bizim gözləntimiz budur ki, həm Laçın şəhərində, həm rayonun Zabux və Sus kəndlərində, eyni zamanda, Füzuli şəhərində artıq bu ilin sonuna qədər köçmək üçün şərait yaranacaq”, - deyə o qeyd edib.

"Köç həmin ərazilərdə yeni iş yerlərinin açılması məsələsini zəruri edir və bu gün Şamaxıda keçirilən konfransın bu baxımdan çox böyük önəmi var. Bu ildən etibarən 10 il ərzində Qarabağ və Şərqi Zəngəzurda xüsusi güzəştlər və təşviq rejimi mövcuddur”, - deyə E.Hüseynov əlavə edib.

Son xəbərlər

Orphus sistemi