Emin Hüseynov: “Hazırda ikinci “Ağıllı kənd”in layihələndirilməsi gedir”

Emin Hüseynov: “Hazırda ikinci “Ağıllı kənd”in layihələndirilməsi gedir” "Hazırda Füzulinin Dövlətyarlı kəndində yaradılacaq ikinci “Ağıllı kənd”in layihələndirilməsi gedir".
İnfrastruktur
22 Aprel , 2022 18:56
Emin Hüseynov: “Hazırda ikinci “Ağıllı kənd”in layihələndirilməsi gedir”

"Hazırda Füzulinin Dövlətyarlı kəndində yaradılacaq ikinci “Ağıllı kənd”in layihələndirilməsi gedir".

“Report” xəbər verir ki, bunu Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi, Birinci vitse-prezidentin köməkçisi Emin Hüseynov jurnalistlərə bildirib.

“Bu “Ağıllı kənd”də də çox önəmli iş yerləri yaradılacaq, vacib infrastruktur olacaq. Əslində, kəndin Zəngilan rayonunun Ağalı kəndindəki birinci “Ağıllı kənd”dən daha böyük olacağı gözlənilir. Son mərhələdə 1500-ə yaxın evdən ibarət bir kənd olacaq. Hesab edirəm ki, bu layihə başa çatdıqdan sonra onun icrası ilə bağlı müvafiq tender elan ediləcək”, - o deyib.

Qeyd edək ki, ikinci “Ağıllı kənd”in təməli ötən il oktyabrın 17-də Prezident İlham Əliyev tərəfindən qoyulub. Bütün dünyada ağıllı kənd layihəsinin müəyyən məqsədləri var. Bunlardan biri insanların kənd yerlərindən şəhər yerlərinə axının qarşısını almaqdır. “Ağıllı kənd” layihəsinin ikinci məqsədi insanlara kənddə pul qazanmaq imkanının yaradılmasıdır. Üçüncü məsələ isə odur ki, hər bir ölkə vətəndaşının olduğu kimi, kənd sakinlərinin də dövlət xidmətlərinə çıxışı olmalıdır. Bütün bu məsələləri həll etmək üçün dünyada innovativ kənd layihələrindən istifadə edilir. Bura üç əsas komponent aiddir: ağıllı infrastruktur və xidmətlər, ağıllı təsərrüfat və biznes, ağıllı dövlət idarəçiliyi.

Son xəbərlər

Orphus sistemi