ƏMDX işğaldan azad edilmiş ərazilərdə gördüyü işləri açıqlayıb

ƏMDX işğaldan azad edilmiş ərazilərdə gördüyü işləri açıqlayıb İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX) bu ilin aprel ayından sentyabrın 26-na qədər işğaldan azad edilmiş ərazilərdə aparılmış yerquruluşu işləri çərçivəsində Cəbrayıl, Zəngilan, Qubadlı, Laçın və Kəlbəcər rayonlarında ümumi
İnfrastruktur
30 Sentyabr , 2022 17:23
ƏMDX işğaldan azad edilmiş ərazilərdə gördüyü işləri açıqlayıb

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX) bu ilin aprel ayından sentyabrın 26-na qədər işğaldan azad edilmiş ərazilərdə aparılmış yerquruluşu işləri çərçivəsində Cəbrayıl, Zəngilan, Qubadlı, Laçın və Kəlbəcər rayonlarında ümumilikdə 313 577 hektar ərazidə çöl ölçmə işləri icra edib.

"Report" bu barədə quruma istinadən xəbər verir.

Məlumata görə, dağıdılmış yaşayış məskənləri, kənd təsərrüfatı təyinatlı torpaqlar, meşələr və digər təyinatlı torpaqların, o cümlədən onların hüdudları daxilində yerləşən bütün komponentlərin koordinatları müasir cihazlarla təyin olunub, Global Positioning System (GPS) vasitəsilə çöl-ölçmə işlərini aparmaq üçün fasiləsiz fəaliyyət göstərən AzPOS stansiyalarına istinad edilib, naturada (yerdə) mövcud olan bütün növ daşınmaz əmlak qeydiyyata alınıb.

Bundan başqa, adları çəkilən 5 rayonda ümumilikdə 214 min hektardan çox ərazidə çöl torpaq tədqiqatı, 244 372 hektar ərazidə çöl geobotaniki tədqiqat aparılıb, torpaq və bitki nümunələri götürülərək kimyəvi və aqrokimyəvi analizlərin aparılması üçün Dövlət Xidmətinin Kadastr və Yerquruluşu Layihə Tədqiqat Mərkəzinin və Kənd Təsərrüfatı Nazirliyinin laboratoriyalarına verilib.

Son xəbərlər

Orphus sistemi